“Zərdüşt” sonrası dövründə, müxtəlif zamanlarda müxtəlif başlıqlar hazırlayaraq, bir Böyük Əsər yazmağa girişən Nitsşe, son məhsuldar ili olan 1888-ci ildə, ardıcıl olaraq Vagner Hadisəsi, Bütlərin Qürubu, Dəccal, Ecce Homo və Dionis Difiramosları adlı kitablarını yazdı. 1889-cu ilin ilk günlərində, Türin şəhərində küçədə qırmanclanan bir südçü atının boyuna sarılıb ağlamaya başlayan mütəfəkkir, şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilən dəliliyə düçar oldu. 1900-cü ilə qədər mənəvi qaranlıq içində bitki mənşəli deyilə biləcək həyatını davam etdirən Nitsşe, özündən sonrakı əsrdə təsirləri ən məşhur olacaq düşüncə məhsullarını geridə buraxaraq 25 avqustda həyatdan köçdü…